"Komo"nun futbolçusu Niko Pas İspaniyaya qayıdacaq. Sport24.az xəbər verir ki, "Real" argentinalı hücumameyilli yarımmüdafiəçini transfer etməyi planlaşdırır.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

"Kral klubu" Pası 2024-cü ilin yayında "Komo"ya 6 milyon avroya satıb. Klublar arasındakı anlaşmaya əsasən, "Real"ın 21 yaşlı ön xətt oyunçusunu 9 milyon avroya geri satınalma hüququ var. Madrid nəhəngi məhz bu maddəni işə salaraq Argentina millisinin üzvünü sıralarına cəlb edəcək.

 

Qeyd edək ki, Niko Pas bu mövsüm "Komo"nun heyətində İtaliya A Seriyasında meydana çıxdığı 12 matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.