Hindistanlı basketbolçu məşq zamanı üzərinə basketbol səbəbinin düşməsi nəticəsində vəfat edib. Sport24.az xəbər verir ki, o topu atdıqdan sonra havada səbətdən asılı qalıb.

 

Yaxşı vəziyyətdə olmayan səbət sınaraq oyunçunun üzərinə düşüb. İdmançı 20 dəqiqə ərzində xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Vəfat edən basketbolçu ölkəsinin U-16 millisinə dəvət almağa namizədlər sırasında yer alıb.

 

Qeyd edək ki, hadisə baş verən idman zalının fəaliyyəti dayandırılıb.