Bu gün kişilərdən ibarət basketbol millimiz 2027-ci il Avropa Çempionatının ilkin seçmə mərhələsinin A qrupunda ilk oyununu keçirəcək. Sport24.az xəbər verir ki, komandamız səfərdə Şimali Makedoniya ilə qarşılaşacaq. s

 

Yığma heyətində Amil Həmzəyev, Şirzad Şirzadov, Elşad Şirzadov, Əkbər Məmmədov, Kamran Məmmədov, Səadəttin Donat, Ulaş Turqut, Emmanuel Aqbason, Ercan Donat, Derin Berkoz, Uesli van Beek və Endar Poladxanlı yer alıb.

 

Qeyd edək ki, komanda növbəti oyununu noyabrın 30-da Bakıda Lüksemburqa qarşı keçirəcək və qalan oyunları isə gələn il baş tutacaq.