"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 5-ci turunda PSV-yə ağır məğlubiyyətdən (1:4) sonra klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb. Sport24.az xəbər verir ki, o, bununla bağlı "NBC Sport"a açıqlama verib:
"İşimi itirəcəyimə görə, narahat deyiləm. Diqqətimi başqa şeylərə yönəldib, bu barədə düşünmürəm. Daha yaxşı işləməliyik".
Qeyd edək ki, Slot 2024-cü ildən bəri "Liverpul"a rəhbərlik edir. komanda hazırda Çempionlar Liqasında 9 xalla xalla 13-cü yerdədir. İngiltərə Premyer Liqasında isə komanda 18 xalla 12-ci pillədə qərarlaşıb.