Ötən gecə UEFA Konfrans Liqasında əsas mərhələnin IV turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, hesabat həftəsi çərçivəsində 18 qarşılaşma baş tutub.

 

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Samsunspor" səfərdə "Breydablik"lə "sülh" bağlayıb.  Kiyev "Dinamo"su da səfərdə xal itirib. Ukrayna təmsilçisi "Omoniya"ya məğlub olub. Arda Turanın çalışdırdığı "Şaxtyor" isə "Şemrok Rovers" üzərində qələbəyə sevinib.

 

Konfrans Liqası
Liqa mərhələsi, IV tur

"Alkmaar" (Niderland) – "Şelburn" (İrlandiya) 2:0
"Slovan" (Slovakiya) – "Rayo Valyekano" (İspaniya) 2:1
"Lex" (Polşa) – "Lozanna" (İsveçrə) 2:0
"Omoniya" (Kipr) – "Dinamo" (Kiyev, Ukrayna) 2:0
"Zrinski" (Bosniya və Herseqovina) – "Hakken" (İsveç) 2:1
"Siqma" (Çexiya) – "Çelye" (Sloveniya) 2:1
"Rakuv" (Polşa) – "Rapid" (Avstriya) 4:1
"Universitatya" (Rumıniya) – "Maynts" (Almaniya) 1:0
"Hamrun" (Malta) – "Linkoln" (Cəbəllütariq) 3:1
"Fiorentina" (İtaliya) – AEK (Yunanıstan) 0:1
"Legiya" (Polşa) – "Sparta" (Çexiya) 0:1
"Şemrok Rovers" (İrlandiya) – "Şaxtyor" (Ukrayna) 1:2
"Strasburq" (Fransa) – "Kristal Pelas" (İngiltərə) 2:1
"Yagelloniya" (Polşa) – KuPS (Finlandiya) 1:0
"Riyeka" (Xorvatiya) – AEK (Larnaka, Kipr) 0:0
"Aberdin" (Şotlandiya) – "Noa" (Ermənistan) 1:1
"Drita" (Kosovo) – "Şkendiya" (Şimali Makedoniya) 1:0
"Breydablik" (İslandiya) – "Samsunspor" (Türkiyə) 2:2