"Real"ın keçmiş yarımmüdafiəçisi Toni Kroos Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin Cəngavər Xaçı ilə təltif edilib.

 

Mərasim "Santyaqo Bernabeu"da baş tutub və Almaniya prezidenti Frank-Valter Ştaynmayer Kroosa ordeni təqdim edib. Mərasimdə Madrid klubunun prezidenti Florentino Peres, baş məşqçi Xabi Alonso, futbolçular Federiko Valverde və Antonio Rüdiger, eləcə də qadın komandasının oyunçuları Merle Froms və Sara Dabrits iştirak ediblər.

 

Qeyd edək ki, Kroos 2010-2024-cü illər aralığında həm "Real"ın, həm də Almaniya millisinin formasını geyinib. O, İspaniya klubunda 306 oyunda 22, Almaniya yığmasının heyətində isə 114 matçda 17 qol vurub. 2014-cü ildə Braziliyada təşkil olunan dünya çempionatında isə qızıl medal qazanıb.