Milan" "Əl-Hilal"a yollanan Teo Hernandesin yerinə "Real"ın sol cinah müdafiəçisi Fran Qarsiyanı ala bilər. Sport24.az "AS" nəşrinə istinadən xəbər verir ki, Milan klubu artıq 25 yaşlı ispaniyalının agenti ilə danışıqlar aparır.
"Qırmızı-qaralar"ın yeni transferi, bu yay "Real"dan ayrılan Luka Modriç də keçidə "xeyir-dua" verib.
"Real" bu yaxınlarda "Benfika"dan Alvaro Karrerası heyətinə qatıb. Qarsiya əsas heyətə düşmək üçün indi həm onunla, həm də Ferland Mendi ilə rəqabət aparmalıdır.
Qeyd edək ki, Qarsiya ötən mövsüm bütün turnirlərdə "Real" heyətində 54 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə edib