"Atalanta"nın müdafiəçi Rafael Toloy azad agent statusu ilə "San Paulo"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Brazliya klubu 34 yaşlı italiyalı futbolçu ilə 2026-cı il dekabrın 31-dək müqavilə imzalanıb. "Transfermarkt" portalı oyunçunun dəyərini 1,4 milyon avro qiymətləndirir.
Qeyd edək ki, 2024/25 mövsümündə Toloy bütün turnirlərdə 17 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.