"Everton"un sabiq yarımmüdafiəçisi Abdulaye Dukur karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Sport24.az klubun saytına istinadən xəbər verir ki, malili futbolçu NEOM-la müqavilə bağlayıb.
Yeni mövsümdə Pro Liqada çıxış edəcək komanda 32 yaşlı malili ilə 2027-ci ilin yayına qədər anlaşıb.
"Transfermarkt" portalı oyunçunun dəyərini 7 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Dukur 2024/25 mövsümündə bütün tunirlər nəzərə alınmaqla 36 matçda meydana çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində "Uotford", "Qranada" və "Renn"in formasını geyinib. Dukur Fransanın gənclər yığmalarında 37 oyun keçirib və 2022-ci ildə Mali millisində debüt edib.