"Leypsiq" Romulonun "Göztəpə"dən keçidini açıqlayıb. Sport24.az xəbər verir ki, braziliyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Romulo yeni klubunda 40 nömrəli formada çıxış edəcək. "Leypsiq" bu keçidə 20 milyon avro ödəyib və "Göztəpə" daha 5 milyon bonus qazanacaq.
Qeyd edək ki, Romulo ötən mövsümdə 46 oyunda 22 qol və 13 ötürməlik statistikaya imza atıb.