"Çelsi"nin keçmiş qapıçısı Petr Çex 26 illik evliliyindən sonra həyat yoldaşı Martina ilə boşandığını açıqlayıb. Sport24.az xəbər verir ki, veteran qolkiper bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb:

 

"Martina və mən 26 ildən sonra ayrıldığımızı elan etməkdən kədərlənirik. Biz ən yaxşı dost olaraq qalırıq və iki gözəl övladımızla çox fəxr edirik".

 

Çex gələcək həyat yoldaşı ilə 1999-cu ildə tanış olub və cütlük dörd il sonra evlənib. Onların 17 yaşlı qızı Adela və 16 yaşlı Damian adlı oğlu var.

 

 

Qeyd edək ki, Çex karyerası ərzində "Sparta", "Renn", "Çelsi" və "Arsenal" kimi klubların formasını geyinib.