Bu gün keçiriləcək bir oyunla XXXIV ölkə çempionatı start götürür. 2025/26 mövsümünün ilk oyununda "Karvan-Yevlax" "Qəbələ"ni qonaq edir.
Şamaxı şəhər stadionunda baş tutacaq görüşdə ədaləti FİFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası qoruyacaq.
Qeyd edək ki, ilk turda keçirilməli olan "Sabah" - "Qarabağ" matçı ağdamlıların Çempionlar Liqasının pley-offuna vəsiqə qazanması səbəbindən təxirə salınıb.
Misli Premyer Liqası
I dövrə, I tur
17:00. "Karvan-Vevlax" – "Qəbələ" 0:1 (İkinci hissə)
Qol: Domi Massumo, 54
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şamaxı. Şəhər stadionu
"Karvan-Yevlax": 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 18. Süleyman Əhmədov, 14. Uğur Cahangirov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 10. Samuel Durrant, 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 11. Kayl Spens, 8. Peter Kinqs, 21. İmani Barker
Baş məşqçi: Azər Həşimov
"Qəbələ": 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 36. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze