Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ayşən Əhmədovanın yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, 25 yaşlı müdafiəçi "Amedspor"a keçib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Futbolçu ilə 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, Ayşən Əhmədovanın son klubu "Ünyespor" (Türkiyə) olub.