"Çelsi"nin futbolçusu Kristofer Nkunku "Bavariya"ya keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

O, Münhen klubunun 27 yaşlı hücumçunun keçidi ilə bağlı London təmsilçisi ilə danışıqlara başladığını bildirib.

 

Qeyd edək ki, "Çelsi" ilə 2029-cu ilin yayına qədər müqaviləsi olan Fransa millisinin üzvü 2023-cü ildən İngiltərə klubunda çıxış edir.