"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Corcina Rodriqeslə nişanlanmadan əvvəl hədiyyələrə 366 min dollardan çox pul xərcləyib. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 40 yaşlı futbolçu avtomobil, kosmetika, paltar, ətir və saat alıb.
Qeyd edək ki, Ronaldo və Rodriges 2016-cı ildən münasibətdədirlər. Onların ilk qızı 2017-ci ildə dünyaya gəlib. 2022-ci ilin aprelində cütlüyün əkizləri olub - bir oğlan və bir qız. Lakin oğlan doğuş zamanı dünyasını dəyişib. Ronaldonun daha üç övladı var.