Qırğızıstan Premyer Liqasında 17-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Orxan Əliyevin formasını geyindiyi "Özgön" "doğma divarlar" arasında "Alqa"nı qonaq edib.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdakı yeganə qolu Orxan Əliyev vurub. Futbolçumuz 27-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Bu onun Qırğızıstan çempionatında artıq 3-cü qoludur.
Qeyd edək ki, aktivində 25 xal olan "Özgön" turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.