PSJ-nin vingeri Li Kan İn bu yay Paris klubunu tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" portal məlumat yayıb.

 

Fransa klubu sərfəli təklif olacağı təqdirdə 24 yaşlı futbolçunu satmağı düşünür.

 

Mənbənin sözlərinə görə, "Mançester Yunayted", "Arsenal" və "Napoli" cənubi koreyalı cinah oyunçusunu yaxından izləyir. Qeyd olunur ki, London klubu artıq futbolçu ilə əlaqə saxlayıb.

 

Qeyd edək ki, Li Kan İn 2023-cü ilin yayında "Malyorka"dan PSJ-yə keçib. O, ötən mövsüm bütün turnirlərdə 49 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.