Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Sport24.az xəbər verir ki, ilk gündə bir matç baş tutub.

 

Finalın ilk iştirakçısı Milanda müəyyənləşib. "İnter" səfərdə heç-heçə etdiyi "Barselona"nı qəbul edib. Cavab görüşündə də 3:3 hesabı qeydə alınıb. Əlavə vaxtda daha bir qol vuran italyanlar həlledici oyuna vəsiqə qazanıb.

 

Qeyd edək ki, mayın 7-də keçiriləcək digər yarımfinal oyununda PSJ və "Arsenal" üz-üzə gələcək.

 

Çempionlar Liqası
Yarımfinal, cavab oyunu

"İnter" – "Barselona" - 4:3
Qollar: 
L. Martines, 21. H. Çalhanoğlu, 45+1 (p.). Açerbi, 90+3. Frattezi, 99 - E. Qarsiya, 54. D. Olmo, 60. Rafinya, 88
İlk oyun – 3:3