"Avropa Liqasının Liqa mərhələsinin qarşıdakı iki oyunundan öncə iki yoxlama görüşü keçirmək işimizə yarayacaq". Bu sözləri sözügedən turnirdə "Qarabağ"ın rəqiblərindən biri olan İsveç "Elfsborq"un baş məşqçisi Oskar Hilmark deyib.
İsveçdə çempionat başa çatdığından məşqçilər korpusu futbolçuları tonusda saxlamaq üçün Avropa Liqasının Liqa mərhələsində keçirəcəyi oyunlardan öncə 2 yoxlama matçında qüvvəsini sınamağı planlaşdırır. Ölkə çempionatını 7-ci pillədə başa vuran komanda dekabrın 6-da "Hakken"lə qarşılaşacaq.
Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" qarşılaşması dekabrın 12-də "Buros Arena"da təşkil olunacaq.