"Qalatasaray" "Liverpul"un hücumçusu Məhəmməd Salahı bu qış "rənglərinə bağlaya" bilər. Sport24.az xəbər verir ki, bu barədə"Nefes" portalı məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, İstanbul klubu qış "transfer pəncərəsi"ndə 33 yaşlı misirlini heyətinə qatmağı planlaşdırır. Yayılan söz-söhbətlərə əsasən, Salahın klubla gələn mövsümün sonuna qədər müqaviləsinin olmasına baxmayaraq, "Liverpul" onu satmağı düşünür.

 

Maraqlıdır ki, Salahın özünün Çempionlar Liqasında "Qalatasaray"la matçda stadiondakı ab-havaya heyran olduğu deyilir. Onun hətta İlkay Gündoğandan İstanbul nəhənginin hər ev oyununda tribunada eyni atmosferin yaşanıb-yaşanmadığını soruşduğu da bildirilir. 

 

Qeyd edək ki, misirli forvard bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 9 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.