"Vilyarreal"ın hücumçusu Yeremi Pino tezliklə "Kristal Pelas"a keçəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.

 

Mənbənin sözlərinə görə, tərəflər 30 milyon avroya razılığa gəliblər. Keçid yaxın günlərdə rəsmən açıqlanacaq.

 

Qeyd edək ki, Pino bu mövsüm İspaniya çempionatında 2 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu 2021-ci ildən İspaniya millisində çıxış edir. O, yığmada 15 matçda 3 dəfə fərqlənib.