"Benfika"nın baş məşqçisi Joze Mourinyo karyerasını "Real"da davam etdirəcək. Sport24.az İspaniya mətbuatına istinadən 63 yaşlı mütəxəssis "Kral klubu" ilə 2029-cu ilin yayına müqavilə imzalayıb.

 

Mourinyonun təyinatın iyunun 7-də, "Real"da prezident seçkilərindən sonra rəsmi olaraq açıqlanacaq. 

 

Mourinyonun rəhbərlik etdiyi "Benfika" cari mövsümü Portuqaliya liqasında üçüncü yerdə başa vurub. "Qartallar" Çempionlar Liqasına vəsiqəsiz qalıb.

 

Qeyd edək ki, "Real" 2025/26 mövsümünü kuboksuz başa vurub. "Los Blancos" Çempionlar Liqasının dörddəbir finalında "Bayern Münhen"ə 2-3 hesabı ilə məğlub olub və Kral Kubokunun 1/8 finalında "Albacete"yə (2-3) yenilib.