İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubiales bu gün İspaniyada hava limanında saxlanılıb. Sport24.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
Daha əvvəl İspaniya prokurorluğu Luis Rubialesin həbsinə order verib. FİFA isə onu 3 il müddətində futboldan kənarlaşdırıb. Belə qərarlar verilməsinə səbəb Rubialesin qadınlardan ibarət İspaniya millisinin üzvü Cennifer Ermosonu dodağından öpməsi və çirkli pulların yuyulmasında iştirak etməsi olub.
Qeyd edək ki, qadınlardan ibarət İspaniya millisinin DÇ-2023-ün finalında İngiltərəni məğlub etdiyi oyundan sonra Luis Rubiales mükafatlandırma mərasimində Cenniferi öpüb. Bu səbəbdən onun 2,5 il müddətinə həbs olunması istənilib.