Bu gün futbol üzrə Almaniyada keçirilən qitə çempionatında 1/4 final mərhələsinə start veriləcək. Sport24.az xəbər verir ki, bu raundun ilk görüşü Ştutqartda keçiriləcək.

 

Turnirdə ən yaxşı oyun göstərən komanda kimi diqqət çəkən Almaniya və İspaniya üz-üzə gələcək. Bu oyunu erkən final adlandıranlar da az deyil. 

 

Qeyd edək ki, bu gün 1/4 finalın daha bir oyunu keçiriləcək. Portuqaliya Fransa ilə üz-üzə gələcək.

 

AVRO-2024
1/4 final
5 iyul
20:00. İspaniya – Almaniya 2:1

Qol: Olmo, 51. Merino, 119 - Virtz, 89
Baş hakim:
 Entoni Teylor (İngiltərə)
Ştutqart Arena