İngiltərə Premyer Liqasında yanvarın ən yaxşı baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, "Bornmut"u çalışdırıcısı Andoni İraola ötən ayın ən yaxşısı adına layiq görülüb.

 

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, ispan mütəxəssisin rəhbərlik etdiyi komanda ötən ay Premyer Liqada keçirdiyi 4 oyunda 3 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.