"İnter Mayami" Lionel Messi ilə müqaviləni uzatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə klubun İdarə Heyətinin sədri Xorxe Mas insayder Fabrizio Romanoya açıqlamasında deyib.

 

O, 2026-cı ildə açılış olacaq stdionda Messini də görmək istədiyini söyləyib:

 

"Messinin komandada qalmasını istəyirik. 2026-cı ildə yeni stadionumuzun açılışı olacaq və Messinin həmin təqdimatda yer almasını istərdik".

 

37 yaşlı hücumçunun indiki müqaviləsi 2027-ci ilin yayına kimidir. Messi son mövsümdə 22 oyunda 21 qol vurub, 11 məhsuldar ötürmə edib.