"İnter"in müdafiəçisi Françesko Açerbinin "Əl-Hilal"a keçidi gündəmə gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib.
Ötən yay 37 yaşlı müdafiəçinin mümkün transferi ilə bağlı şayiələr yayılmışdı. O, məşqçi Simone İnzaqi ilə yenidən bir araya gələ bilərdi, lakin razılaşma əldə olunmamışdı. İndi Səudiyyə klubu yenidən bu transferi gündəmə gətirib. Transferlə bağlı yekun qərar hələ verilməyib, lakin "Əl-Hilal"ın marağı ciddi olaraq qalır. Danışıqlar davam edir və hər iki tərəf tezliklə razılığa gələ bilər.
Qeyd edək ki, Açerbi bu mövsüm Milan klubunun heyətində bütün turnirlərdə 12 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.