"Mançester Siti" "Qızıl top"un sahibi Rodriyə yeni müqavilə təklif edəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X social şəbəkə hesabında məlumat yayıb.

 

Yeni müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

 

Rodri hücumçu Erlinq Haalanddan sonra İngiltərə klubunda ən çox maaş alan oyunçu ola bilər.

 

Qeyd edək ki, 29 yaşlı Rodri 2019-cu ildən "Mançester Siti"də çıxış edir. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. İspan yarımmüdafiəçi çarpaz bağın qopması səbəbindən demək olar ki, ötən mövsümü boşa verib.