"Mançester Yunayted"in və İngiltərə millisinin müdafiəçisi Lyuk Şou müqaviləsinin davam etməsinə baxmayaraq, klubu tərk etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 29 yaşlı futbolçu Səudiyyə Ərəbistanının bir neçə klubunun maraq dairəsindədir.
Qeyd edək ki, müdafiəçi ötən mövsüm zədə səbəbindən cəmi 12 matçda iştirak edib və komandada əsas oyunçu statusunu itirib. "Transfermarkt" portalı ingilisin bazar dəyərini 12 milyon avro qiymətləndirir.