"Əl-Əhli" və İngiltərə millisinin hücumçusu İvan Toni Londonda barda bir nəfəri vurmaqda şübhəli bilinərək polis tərəfindən həbs edilib. Sport24.az "The Sun"a istinadən xəbər verir ki, zərərçəkən Toni ilə selfi çəkmək üçün onun boynundan tutub. Bundan sonra 29 yaşlı futbolçu ona kəllə atıb.

 

Şahidlərin sözlərinə görə, Toninin xəsarət yetirdiyi şəxsin burnu və barmağı sınıb, üzündən zədə alıb.  

 

Futbolçu girov müqabilində azadlığa buraxılsa da, istintaq davam edir.

 

Qeyd edək ki, Toni sonuncu dəfə bu ilin iyun ayında İngiltərə millisinə çağırılıb. Bu mövsüm o, "Əl-Əhli"nin heyətində 18 matçda meydana çıxıb və 12 qol, bir məhsuldar ötürmə edib.