"Bu, turnir cədvəli baxımından çox vacib oyun idi". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kevin Medina deyib.

Müdafiəçi Bakıda Niderlandın "Ayaks" komandasına 2:4 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı yayımçı televiziyaya danışıb:

"Qalib gəlsəydik, növbəti mərhələyə çıxmaq üçün böyük addım atmış olacaqdır. Rəqib bura müsbət nəticə üçün gəlmişdi. "Ayaks" böyük klubdur. Etməli olmadığımız səhvlərə yol verdik. Onlar da bu səhvlərdən maksimum yararlandılar. Çox təəssüf. Məncə, uduzmağa səbəb buraxdığımız səhvlər idi".