Çempionlar Liqasında həftənin oyunçusu mükafatına namizədləri açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
"Ayaks"ın hücumçusu Oskar Qlux, "Atalanta"nın yarımmüdafiəçisi Şarl de Ketelare, "Arsenal"ın vingeri Noni Madueke və "Barselona"nın müdafiəçisi Jül Kunde həftənin oyunçusu adına əsas namizəddirlər.
Qeyd edək ki, Qlux "Qarabağ"la (4:2) oyunda iki qol vurub, de Ketelare "Çelsi" (2:1) ilə matçda bir qol vurub və bir məhsuldar ötürmə edib, Madueke "Brügge"yə (3-0) iki qol vurub və Kunde Frankfurt "Ayntraxt"ı (2:1) ilə görüşdə dublla yadda qalıb.