"Uotford" yeni baş məşqçi ilə anlaşıb. Sport24.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Çempionşip təmsilçisi Edvard Stillini "sükan arxasına" dəvət edib.
35 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, bu postda Xavi Qrasiyanı əvəz edəcək.
Qeyd edək ki, Edvard "Sauthempton"un keçmiş çalışdırcısı Uill Stillin böyük qardaşıdır. "Uotford" isə 31 turdan sonra 44 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.