Misli Premyer Liqasının 19-cu turuna paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Qəbələ"ni qonaq edir.

 

Meydan sahibləri bu gün qələbə qazanacağı təqdirdə xallarını sayını 27-yə çatdıra bilər. Belədə "ağ-qaralar" eyni xala malik "Araz-Naxçıvan" əlavə göstəricələr görə turnir cədvəlində geridə qoyacaq. "Qəbələ" isə 3 xal qazanacağı halda turnir cədvəlində mövqeyini dəyişməsə də, ən azı təhlükəli zonadan bir qədər də uzaqlaşacaq. "Qırmızı-qaralar" hazırda 13 xalla 11-ci pillədə yer alan "Kəpəz"dən 1 xal çox toplayıb.

 

Qeyd edək ki, misli Premyer Liqasının XX turuna fevralın 14-də start veriləcək.

 

Misli Premyer Liqası

II dövrə, XIX tur

19:00. "Neftçi" - "Qəbələ"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Bakı. "Palms Sports Arena".