"Latsio"nun baş məşqçisi Mauritsio Sarri A Seriyasında "Yuventus"a qarşı keçirdikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

"Məyusluğumuz son dəqiqələrdə buraxılan qola deyil, 2:1 öndə olanda qaçırdığımız iki real epizodla bağlıdır. Bunları dəyərləndirsəydik, oyunu erkən bitirə bilərdik.

 

Belə atmosferdə oynamaq işgəncədir. Turnililər komandalarına böyük dəstək göstərirdilər, bizi təzyiq altına salmağı bacarmışdılar. Oyunçularım çox çalışdılar, amma yekunda bir xalla kifayətləndik. Ümumi götürəndə belə səfərdən bir xal da qazanmaq yaxşıdır".