Rusiyanın "Zenit" futbol komandası hücumçu Con Duranın transferini rəsmən açıqlayıb. Sport24.az xəbər verir ki, komanda bu keçidlə bağlı Səudiyyə Ərəbistanının "Əl-Nəsr" kollektivi ilə razılıq əldə edib.
22 yaşlı oyunçu 2025/2026 mövsümünün sonuna qədər icarə əsasında "Zenit"in formasını geyinəcək.
Qeyd edək ki, Con Duran son olaraq Türkiyədə "Fənərbağça" klubunda çıxış edib.