"Mançester Yunayted" və "Vest Hem" klublarının ABŞ-da keçirilən yoxlama matçında tamaşaçı sayına görə rekord qeydə alınıb. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Onların Şərqi Ruterfordda (Nyu York yaxınlığında) keçirilən oyununu 82 566 tamaşaçı izləyib.

 

Bu göstərici hətta 81 118 nəfərin izlədiyi PSJ ilə "Çelsi" arasında keçirilən klublararası dünya şempionatının finalını da keçib. Matça marağın çox olması biletlərin daha sərfəli qiymətə satılması olub. İngilis klublarının oyununa giriş 77 dollar olduğu halda, klublararası dünya çempionatının finalını izləmək istəyənlər minimum 200 dollarından keçməli idi.

 

Qeyd edək ki, matç "Mançester Yunayted"in 2-1 hesablı qələbəsi ilə başa çatıb. Bruno Fernandes dubllla yadda qaldığı halda, "çəkicdöyənlər"dən Carod Bouen fərqlənib.