"Qarabağ"dan ayrılan futbolçu Rüstəm Əhmədzadənin yeni klubu bəlli olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı hücumçu karyerasını "Sumqayıt"da davam etdirəcək.
Artıq forvardla anlaşma əldə olunub. O, "gənclik şəhəri" təmsilçisinin Qəbələdəki düşərgəsindədir.
Qeyd edək ki, Rüstəm Əhmədzadə son olaraq icarə əsasında "Zirə"nin formasını geyinib.