UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Petrokub" (Moldova) oyununa 3000 bilet satılıb. Sport24.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, "Sabah" - "Petrokub" görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da start götürəcək. Komandalar arasında ilk görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.