"Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Paytaxt təmsilçisi Vüsal Şabanovu heyətinə qatıb. 23 yaşlı qapıçı ilə 1+1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, o, sonuncu dəfə "Araz-Naxçıvan"da çıxış edib.