Yeni mövsümə hazırlığını davam etdirən "Karvan" daha bir yoxlama oyunu keçirəcək. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda "İmişli" ilə qarşılaşacaq.

 

İyulun 30-da Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.

 

Xatırladaq ki, sözügedən hər iki komanda yeni mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək.