Mövsümlərarası fasilədə "Kəpəz"in vidalaşdığı Şervoni Mabatşoevin yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, hücumçu yenidən öz ölkəsində çıxış edəcək.
24 yaşlı forvard Tacikistan təmsilçisi "Reqar- TadAZ" klubu ilə anlaşıb. Şervoni ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Tacikistan millisinin də formasını geyinən hücumçu Gəncə klubunun heyətində 15 oyuna çıxıb və 2 qolla yadda qalıb.