"Napoli"nin hücumçusu Viktor Osimhenin "Qalatasaray"a transferi Türkiyə futbol tarixinin ən bahalı transferi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikola Şkira X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
İnsayderin sözlərinə görə, Osimhenin transferi "Qalatasaray"a 75 milyon avroya başa gələcək.
Qeyd edək ki, futbolçu ilə İngiltərənin "Mançester Yunayted" və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubları da maraqlanırdı. Osimhen ötən mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edib. Nigeriyalı Türkiyə çempionatında 30 matçda meydana çıxıb, 26 qol vurub, 5 məhsuldar ötürmə edib.