"Ayaks"ın müdafiəçisi Jorrel Hato karyerasını "Çelsi"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, londonlular 19 yaşlı niderlandlı ilə artıq müqavilə imzalayıb. "Çelsi" futbolçu üçün təxminən 40 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Hato 2024/25 mövsümündə bütün turnirlərdə 50 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.