"Bayer"in yarımmüdafiəçisi Qranit Caka İngiltərəyə qayıdacaq. Sport24.az xəbər verir ki, "Sanderlend" isveçrəli futbolçunun keçidini həll edib.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Premyer Liqaya yüksələn klubu Caka üçün 20 milyon avro təzminat ödəyəcək. 32 yaşlı dayaq yarımmüdafiəçisi "Sanderlend"lə 2 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Bayer" Qranit Cakanı 2023-cü ilin yayında "Arsenal"dan transfer edib. İsveçrə millisinin üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.