Portuqaliya millisinin və "Real"ın sabiq çalışdırıcısı Karluş Keyruşun yeni iş yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, 72 yaşlı mütəxəssis Oman millisinin "sükanı arxasına" keçib. Bununla bağlı yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Onunla 1 illik müqavilə imzalanıb.
Oman millisi DÇ-2026-nın seçmə mərhələsində Qətər və BƏƏ ilə eyni qrupda çıxış edəcək. Qrupun qalibi birbaşa dünya çempionatının final turnirinə yollanacaq, 2-ci yeri tutan komanda isə pley-off oynayacaq.
Qeyd edək ki, Keyruşun son iş yeri Qətər millisi olub. O, əvvəllər İran, Misir, Kolumbiya, Cənubi Afrika və BƏƏ yığmalarını da çalışdırıb.