Millimizin üzvü Cəlal Hüseynovun da formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında növbəti matçını keçirib. Sport24.az xəbər verir ki, Kirjali təmsilçisi "doğma divarlar" arasında Sofiya "Lokomotiv"i ilə üz-üzə gəlib. 

 

Matç 1:1 hesabı ilə yekunlaşıb.:1 hesabı ilə başa çatan oyunda Cəlal əsas heyətdə yer alıb və 90 dəqiqəni əvəzolunmadan keçirib. 

 

Qeyd edək ki, hazırda aktivində 1 xal olan "Arda" 2 turdan sonra turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.