Millimizin dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

 

İslandiya ilə görüş noyabrın 13-də "Neftçi Arena"da, Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.

 

Qeyd edək ki, hər iki matç saat 21:00-da başlanacaq.