"Qalatasaray" futbolçusu Mario Lemina ilə yollarını ayıra bilər. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

"Cim-bom" qabonlu yarımmüdafiəçi ilə yeni müqavilədə anlaşa bilmir.

 

32 yaşlı futbolçu "sarı-qırmızılar"dan 2 milyon avro imza pulu istəyir. "Qalatasaray" isə bu məbləği vermək niyyətində deyil. Tərəflər arasında yaxın zamanda son görüş baş tutacaq. Anlaşma olmazsa, Leminə ilə yollar ayrılacaq.

 

Qabon millisinin də üzvü olan futbolçu 2025-ci ilin fevralından "Qalatasaray"da çıxış edir.

 

İstanbul təmsilçisi bir neçə gün əvvəl argentinalı hücumçu Mario İkardi ilə vidalaşıb.