Növbəti mövsümdən etibarən Birinci Liqada mübarizə aparacaq "Xankəndi"nin ev oyunlarını harda keçirəcəyi məlum olub. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumat görə, şəhərin eyniadlı komandası rəqiblərini doğma məkanda qəbul edəcək.
Mənbənin sözlərinə əsasən, ilk 2-3 turu "Xankəndi" təmir səbəbindən müvəqqəti olaraq çempionat görüşlərini Şamaxı Olimpiya kompleksində keçirəcək. Ancaq təmir bitən kimi Qarabağ bölgəsinə üz tutacaq.
Gələn həftə məsələ ilə bağlı klub rəhbərliyi ilə Gənclər və İdman Nazirliyi arasında müqavilə imzalanacağı gözlənilir.